“Xalq gəzintisi”ndə “Azadlıq”ın iki əməkdaşı həbs olundu

AXCP-nin bu gün təşkil etdiyi aksiya zaman “Azadlıq” qəzetinin əməkdaşı İslam Şıxali də saxlanılıb. Əməkdaşımız xəbər verib ki, onu saxlayaraq 39-cu polis bölməsinə aparıblar. İslam Şıxəli aksiyadan video və foto görüntülər hazırlamaq üçün hadisə yerində olub.

Xatırladaq ki, İslam Şıxəli ilə yanaşı “Azadlıq”ın başqa bir əməkdaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da saxlanılıb.