Maks Taker: «Aksiyasının dağıdılması dinc etiraz və ifadə azadlıqlarının pozulmasının növbəti sübutudur»
Ictimai Televiziya qarşısında etiraz aksiyasının dağıdılması dinc etiraz və ifadə azadlıqlarının pozulmasının növbəti sübutudur. Amnesty International nümayəndəsi Maks Taker dünənki piket iştirakçılarının həbsini belə səciyyələndirib.
“Beynəlxalq ictimaiyyət və Qərb ölkələrinin liderləri öz rəylərini bildirməli və baş verənlərə göz yummamalıdırlar. Bu hərəkətlərin pislənəcəyinə və hakimiyyətə Qərbin bu əməllərə etinasız qalmayacağının göstəriləcəyinə ümid edirik”, deyə o bildirib. Taker həmçinin Avropa Yayım Birliyini də Azərbaycanda hüquqların pozulması və boğulması faktlarına biganə qalmamağa çağırıb.