Türkiyənin bir daxili işlər naziri var – Nədim Şahin. Bildiyim qədər qaba və daim məzhəkə obyektinə çevirilən biridir. Bu günlərdə türk qəzetində ona aid bir karikatura gördüm.
N.Şahin başı üstə bir kəndlinin qarşısında dayanıb.
Kəndli ondan soruşur:
– Kimsən?
N.Şahin: – Mən polis naziriyəm
Kəndili: – Aha, o zaman bir şıllaq at, sənə inanım, səni tanıyım.
Mən hər dəfə dinc aksiyaçılarımıza polislərin zorakılığını görəndən sonra öz-özümə təəssüflə deyirəm: yəqin, bunlar da ictimaiyyətdə özlərini təsdiq üçün şıllaqdan başqa nəsə düşünə bilmirlər. Təpik yox, məhz şıllaq.
Hey fikirləşirəm, Azərbaycan polisinin dinc aksiyaçılara aqressiyasının kökündə nə yatır? Müqavimət göstərməyən insanlara vəhşi güc tətbiq etməyin anlamı nədir?
Qadınların qolunu burmaq, onlara qarşı güləş fəndi işlətmək, doğrudanmı bu polisdə qəhrəmanlı sayılır? Yoxsa, güc orqanları qəbul ediblər ki, güc varsa, ağıla gərək yoxdur?
Mən aksiyada döyülən insanlara acımıram, o polislərə daha çox acıyıram. Onların yerinə utanıram.
Bu adamların suçu nədir ki, onlar düşünən varlıq yerinə şıllaq atan məxluq kimi istifadə olunur?
Əli Kərimli Iranı yox, əxlaqı müdafiə edib
Əli Kərimlinin Iranla bağlı dedikləri iki gündür cəmiyyətdə geniş müzakirəyə səbəb olub. Biriləri Əli Kərimlinin Güney Azərbaycanla bağlı az qala minlərlə çıxışını unudaraq onu Irançı çıxarmaqdadılar. Hökumətyanlı medianın manşetini bəzəyən “Əli Kərimli Iranı müdafiə etdi” xəbərlərinə bir cavab var. Bəli müdafiə var, amma o, hansısa dövlət və şəxsin yox, dəyərin, əxlaqın müdafiəsidir.
Xəbəriniz varmı hökümətyanlılar Xamneyini necə təhqir ediblər? Onun kollajını düzəldib, bu 78 yaşlı kişini gey çıxarıblar.
Ictimai Palatanın bugünkü mətbuat konfransına AXCP sədri Əli Kərimli məhz o təhqirləri pisləyib. Konfransı diqqətlə dinləyən insan kimi duydum ki, Iran konusunda Əli Kərimli bir neçə məsələyə diqqəti cəlb etmək istədi.
Bir: Iqtidardakılar çox mənəviyyatsızdır. Rəqabət və ya düşmənçilik etdikləri adamlara qarşı vicdan əzabı çəkmədən hər cür böhtan və şər deyə bilirlər.
Iki: Demokratik düşərgənin də Iranla bir çox məsələlərdə fikir ayrılığı var. Xüsusilə cənubda yaşayan soydaşlarımızın taleyilə bağlı, amma demokratlar mədəni insanlar olduğu üçün narazı qaldığı adamların da belə əxlaqsız şəkildə söyülməsinə qarşıdır.
Üç: Demokratik düşərgə milli-mənəvi dəyərləri saqqız kimi çeynəmir, sui-istifadə etmir, bu dəyərlərə sadəcə hörmət edir, fərqli əxlaqı təmsil edir.
Dörd: AXCP və IP Azərbaycanın dövlət maraqlarını hər cür ambisiyadan üstün tutur, Avropaya inteqrasiya öz yerində, qonşularla konfliktsiz yaşamaq da milli maraqlarımıza uyğundur.
Beş: Xalqımızın böyük hissəsi inanclı insanlardır. Onlar da bizim vətəndaşımızdır. Onların inanc və simpatiyalarına da hörmətlə yanaşılmalıdır. Bu mesajlar xalqa çatdırılmalıdır.

Şıllaq
•