Rusiya və Isveçdə aparılan araşdırmaların nəticələrinə görə, mağara divarına çəkilən şəkillərdən qəbilələr arasında ünsiyyətin təmin olunması məqsədilə istifadə edilirdi.
Kembric Universitetinin tədqiqatçıları Rusiyadakı Zalavruqa və Isveçdəki Namforsen mağaralarının divarlarına çəkilmiş təxminən 2500 şəkli incələyiblər. Arxeoloqların fikrincə, tunc dövründə qaya divarlarına çəkilən bir çox təsvirlər o dövrdə yaşayan insanların duyğu və düşüncələrini paylaşmaq üçün istifadə etdikləri bir üsul olub. “Qaya təsvirləri eynilə hazırda ”facebook”dakı status kimidir. O, sizi fikrinizi bölüşməyə dəvət edir. Eyni zamanda, fikir mübadiləsi də aşkar aparılır”, – arxeoloqlardan biri mövzu ilə bağlı bənzətməli bir açıqlama verib.