QOÇ
Gün kifayət qədər problemlər gətirəcək. Bu problemlər əsasən işgüzar müstəvidə olacaq. Yaxşı ki, onlar həlli mümkün problemlərdir. Köhnə tanışlarla münasibətlərinizi qaydaya salacaqsınız və yeni adamlarla tanış olacaqsınız.
BUĞA
Ulduzlar bu gün böyük məbləğli alış-veriş etməyi məsləhət görmür. Əyləncələrə pul xərcləməsəniz, faydasını görərsiniz. Təəssüf ki, bu günə təyin olunmuş romantik görüş yaxşı keçməyəcək. Sevgilinizlə mübahisə edəcəyiniz ehtimal edilir.
ƏKIZLƏR
Uğurlu gündür. Bu gün həyata keçirmək istədiyiniz bütün işlərin öhdəsindən gələcəksiniz. Biznes əlaqələrini genişləndirmək üçün əlverişli gündür. Bu günə istənilən görüşü təyin etmək olar.
XƏRÇƏNG
Bu gün çətin və asan dövrlər arasında bir keçiddir. Qarşıdakı günlərin uğurlu olacağı bildirilir. Həmin günlərdən istifadə edərək planlarınızı reallaşdıra bilərsiniz. Bürcün bir çox nümayəndələri gizli qalmış istedadlarını aşkara çıxaracaqlar.
ŞIR
Çətin gündür. Düşmənləriniz çox güclüdür və sizin qarşınızda maneələr yaratmaqdan yorulmayacaqlar. Ailə üzvlərinizlə aranızda konflikt yaşanacağı bildirilir. Günün sonunda səhhətiniz korlana bilər.
QIZ
Çətin gündür. Uğur qazanmaq şansınızın az olmasına baxmayaraq, təslim olmağa tələsməyin. Bu gün yeni işdən yapışmayın. Hamıya etibar etməyiniz maliyyə itkisilə nəticələnə bilər.
TƏRƏZI
Həftənin çətin və yorucu günlərindən biridir. Narahat olmayın, çox keçməz, pozitiv tendensiyalar özünü göstərər. Yaxınlarla dil tapa bilməyəcəksiniz. Şəxsi münasibətlər getdikcə soyuyacaq. Sizi yalnız öz problemləriniz maraqlandıracaq.
ƏQRƏB
Neytral gündür. Köhnə dostlarla aranızda fikir ayrılığı ola bilər. Zəif tərəflərinizi danmayın, səmimi olun. Ehtimal ki, pul xərcləyəcəksiniz. Günün ikinci yarısında düşünülmüş addım atmaq lazımdır.
OXATAN
Maraqlı işgüzar təkliflər alacaqsınız. Hər birini dərindən analiz edəndən sonra qərar verin. Günün ikinci yarısında xoşagəlməz xəbər eşidəcəyiniz gözlənilir. Kədərlənməyə tələsməyin. Informasiyanı dəqiqləşdirsəniz, onun nə dərəcədə doğru olduğunu bilərsiniz.
OĞLAQ
Çox uğurlu gündür. Şərait dəyişkənliyi əhvalınızı qaldıracaq. Daxil olan bütün təkliflər yaxşı olacaq. Ehtimal ki, gəliriniz olacaq. Uğurlu təsadüf sizi gözləyir.
DOLÇA
Bu gün səfərə çıxmaq olar. Bu səfəriniz romantik xarakter daşıyırsa, daha da yaxşı olacaq. Idmanla məşğul olmaq da yerinə düşər. Həyat eşqi yüksəkdir. Həm şəxsi, həm də işgüzar müstəvidə maraqlı təkliflər ala bilərsiniz.
BALIQLAR
Uğurlu gündür. Çətin iş icra etmək üçün münasib gündür. Əlinizə götürdüyünüz işi tamamlamaq üçün kifayət qədər gücünüz olacaq. Köhnə tanışlardan biri ilə görüşəcəksiniz. Bu gün yanlış addım atmayacaqsınız.

Günün ulduz falı (25.05.12)
•