AXCP sədri “Associatıed Press”ə, Almaniyanın İctimai Radiosuna və Danimarkanın İctimai Televiziyasına müsahibələr verdi
Bu gün «Associatıed Press» agentliyi və Almaniyanın İctimai Radiosu AXCP sədri Əli Kərimlidən geniş müsahibə götürüb. Juranlistlərin sualları əsasən Azərbaycandakı mövcud vəziyyətlə bağlı olub.
AXCP mətbuat xidmətindən aldığımız məlumata görə, xarici jurnalistlər Azərbaycan müxalifətinin məqsədləri, ölkənin gələcəyi ilə bağlı baxışları və siyasəti ilə maraqlanıblar. Müsahibədə Azərbaycanda repressiyalara, siyasi məhbuslara, hüquq və azadlıqların məhdudlaşdırılmasına geniş yer ayrılıb. Bundan başqa, gələn il keçiriləcək prezident seçkilərinə müxalifətin necə hazırlaşdığına da toxunulub.
AXCP sədri həmçinin, İctimai Palatanın və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, Azərbaycan müxalifətinin Avropadan gözləntiləri barədə sualları cavablandırıb, «Eurovision»dan sonra ölkədə repressiyaların artacağı ehtimallarını şərh edib. Bütövlükdə Qərb-Azərbaycan münasibətləri ilə bağlı müxalifətin mövqeyini çatdırıb, «Eurovision» yarışması ərəfəsində dünya mediasının Azərbaycana diqqətinin artmasına münasibətini bildirib.
Günün sonunda isə AXCP sədri Danimarkanın İctimai Televiziyasına müsahibə verib. Müsahibə bu gün Bakı vaxtı ilə 21:30-da yayımlanacaq. Kanalın əməkdaşları bu gün Ə.Kərimlinin evi qarşısında bir dəstə öyrədilmiş hökumət adamının keçirdiyi aksiyadan da görüntülər götürüblər.
Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda müxalifətdə fəaliyyət göstərməyin nə qədər çətin olduğu jurnalistləri maraqlandıran əsas suallardan biri olub. Eyni zamanda müxalifətin, İctimai Palatanın fəaliyyəti və planları, ölkənin əsas problemləri olan korrupsiya və inhisarçılıq haqqında da suallar verilib.
Azərbaycanda keçirilən seçkilərin saxtalaşdırılması, «Eurovision»dan hakimiyyətin siyasi baxımdan faydalanmaq cəhdləri də müsahibənin mövzusu olub.
Xəyal
***
24.05.2012
Əli Kərimli xarici media və təşkilat nümayəndələrilə görüşdü
AXCP sədri Əli Kərimli ölkəmizdə olan bir sıra xarici medai təmsilçilərinə müsahibələr verib. Onların arasında Almaniyanın ARD TV (birinci kanalı), “Röyters” və “Norveç radiosu” olub.
Ötən gün isə Əli Kərimli Norveç Helsinki Komissyanın nümayəndələri ilə görüşüb. Görüş və müsahibələrdə Azərbaycanın daxili vəziyyəti dəyərləndirilib. Azərbaycan müxalifətinin hazırkı vəziyyəti gələcək planları müzakirə edilib, o cümlədən “Eurovison” ərəfəsi və sonrakı siyasi gözələntilər barədə suallar cavablandırılıb.
Müzakirələrdə gələn ilki prezident seçkiləri, siyas məhbuslar, mülkiyyət hüquq bağlı məsələlər də əhatə olunub. Müxalifə və azad mətbuata olan təzyiqlər, Azərbaycanın Avropa ilə münasibətlərinə dair AXCP sədrinin fikirləri dinlənilib.
İnformasiya şöbəsi