QOÇ
Maraqsız gündür, kölgədə qalacacaqsınız. Diqqətdən kənarda qalmaq sizi narahat edəcək. Bürcün bir çox nümayəndələri düzgün yolda olmadıqlarını etiraf etmək məcburiyyətində qalacaqlar.
BUĞA
Rəğbətiniz olmayan adamın qayğısı gününüzün əsas hissəsini aparacaq. Hisslərinizin sizi idarə etməsinə imkan verməyəcəksiniz. Bu isə asan başa gəlməyəcək, gün boyu əsəb gərginliyi keçirəcəksiniz.
ƏKIZLƏR
Həyatınızda baş verəcək dəyişikliklər yaxşılığa doğru olacaq. Ünsiyyət dairənizi, həyat tərzinizi, vərdişlərinizi dəyişə bilərsiniz. Səfərə də çıxmaq olar. Gəlirinizin də olacağı ehtimal olunur. Başgicəlləndirici macəra yaşayacağınız da istisna deyil.
XƏRÇƏNG
Ehtimal ki, uğursuz alış-veriş edəcəksiniz. Maliyyə itkisi də istisna deyil. Xoşbəxtlikdən siz böyük məbləğli vəsaitlə riskə getməyəcəksiniz. Hökumət orqanlarının nümayəndələri ilə aranızda münaqişə gözlənilir. Bu səbəbdən sənədlərin rəsmiləşdirilməsi kimi işləri bu gün təxirə salın.
ŞIR
Planlaşdırmadığınız alış-verişdən, məsrəfdən uzaq durun. O cümlədən mümkün qədər yola çıxmayın. Hiss və həyəcanınızı yaxınlarınızla paylaşa bilərsiniz. Gözləmədiyiniz yerdən kömək alacaqsınız, ağlınıza gətirmədiyiniz yerdə qarşılıqlı anlaşma olacaq.
QIZ
Uğursuz gündür. Çətinlikləriniz olacaq və siz onların öhdəsindən gəlmək üçün çox səy göstərəcəksiniz. Lazımsız yerə pul xərcləmək yerinə düşməz. Bu gün yaxşı olar ki, yaxınlarla mübahisə etməyəsiniz. Ehtimal ki, xoşagəlməz xəbər eşidəcəksiniz. Çağırılmamış qonaqların gəlişi günün ikinci yarısında gözlənilir.
TƏRƏZI
Səbrsiz və əsəbisiniz. Bu səbəbdən özünüzə artıq problemlər yaradırsınız. Bürcün bəzi nümayəndələri evdə və işdə baş verə biləcək konfliktdən qaça biləcəklər. Eyni zamanda, sizi ciddi maliyyə böhranı da gözləyir. Gün yaradıcı işlərlə məşğul olmaq üçün əlverişlidir.
ƏQRƏB
Bu gün bəxtiniz gətirəcək. Müdiriyyətlə aranızda anlaşılmazlıq baş verəcək. Xoşbəxtlikdən doğru olduğunuzu isbatlaya biləcəksiniz. Gün, işgüzar və dostluq xarakterli görüşlər üçün münasibdir. Bu gün əhəmiyyətli miqdarda gəlirinizin olacağı ehtimalı böyükdür.
OXATAN
Əməkdaşlıqla bağlı təklif gələcək. Tələsik qərar verməyin. Ulduzlar belə məsələlərdə daha ehtiyatlı və diqqətli olmağa çağırır. Tələskənliyə yol verməklə yaxınlarınızı da pərişan etmiş olarsınız.
OĞLAQ
Bu gün o qədər də xoş olmayan gündür. Ulduzlar bildirir ki, bundan sonrakı günlər daha yaxşı olacaq. Bu gün çətin işləri təxirə salın, avtomobil, daşınmaz əmlak almaqdan imtina edin. O cümlədən böyük miqyaslı sövdələşmələrə də girişməyin. Xəstələnmək ehtimalı da var.
DOLÇA
Bu gün yaxşı olar ki, ağzınızdan bişməmiş ifadələr çıxarmayasınız, bunun fəsadları ağır ola bilər. Yaxınlarınıza qarşı da diqqətli olun. Xüsusilə də yaşlı qohumlara qayğı göstərin. Işgüzar perspektivlər isə məhsuldar olmayacaq.
BALIQLAR
Həyəcan dolu bir gündür. Narahatlıq üçün əlinizdə kifayət qədər əsas var. Həmkarlarla dil tapa bilməyəcəksiniz. Məsələnin həllinə yanaşma tərziniz onları qane etməyəcək. Bu üzdən də xoşunuza gəlməyən məsləhətlər eşidəcəksiniz. Bu gün üçün şərait dəyişkənliyi yerinə düşər.

Günün ulduz falı (24.05.12)
•