“Azərbaycan tərəfi Azərbaycanın ünvanına xoşagəlməz və təxribat xarakteri daşıyan şüarlar səslənməsinə görə İranın üzr istəməsini gözləyir”.
APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə İran xarici işlər naziri Əli Əkbər Salehinin bu gün Azərbaycanla bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib. E. Abdullayev bildirib ki, İran rəhbərliyi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında yenidən aksiyaların keçirilməsinə yol verməməlidir.
XİN sözçüsü jurnalistlərin suallarına cavabında İran mətbuatının Azərbaycanın bu ölkədəki səfirinin bu gün İran XİN-ə çağırılması və ona nota verilməsi barədə məlumatlarına da aydınlıq gətirib.
E. Abdullayev deyib ki, Azərbaycan səfiri İran XİN-ə dəvət olunsa da, ona hər hansı nota verilməyib.


