Mayın 23-də İctimai Palatanın Koordinasiya Şurası növbəti iclasını keçririb. İclasda qərarların icra vəziyyəti və ölkədəki-ictimai-siyasi vəziyyət müzakirə olunub.
Koordinasiya Şurasının üzvü Rahim Hacıyevin verdiyi məlumata görə, iclasda əvvəlcə İctimai Palatanın mayın 21-də təşkil etdiyi etiraz aksiyası müzakirə olunub. KŞ üzvləri aksiyanı yüksək qiymətləndirib.
Sonra KŞ üzvləri, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin mayın 23-də qabaqcadan qərara alındığı kimi xarici və yerli media təmsilçiləri üçün keçirdikləi mətbuat konfransı haqda məlumat verilib.
İclasda həmçinin, mayın 24-də İctimai Palata üzvlərinin İctimai Televiziya qarşısında keçirəcəyi etiraz aksiyasına hazırlıq məsələləri müzakirə edilib.
Müzakirə edilən daha bir məsələ İP nümayəndələri Mehriban Vəzir, Vidadi Mirkamal və Qələndər Muxtarlının ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla keçirdikləri görüş olub. KŞ üzvləri görüşü yüksək qiymətləndirib, bu cür görüşlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.
İclasda İctimai Palatanın bundan sonra da etiraz aksiyaları təşkil etməsi, eləcə də mayın 28-də isə Respublika Günü ilə əlaqədar Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçirilməsi qərara alınıb.
İctimai Palatadan “28 May” qərarı
•