Müxalifət liderləri Avropa nümayəndələri ilə görüşüblər

Ötən axşam İsveçin Azərbaycandakı səfirliyi bu ölkənin “Eurovision – 2012” təmsilçisi Lorinin şərəfinə ziyafət verib. “Qafqazinfo”nun məlumatına görə, ziyafətdə ona yaxın Avropa ölkəsinin səfirləri iştirak edib. Ziyafət Bakının dəbdəbəli restoranlarından biri olan “Villa Petroilim Restoran”da baş tutub.

Bu məclislə bağlı maraqlı məqam ondan ibarətdir ki, ziyafətə Azərbaycan müxalifətinin iki lideri, AXCP sədri Əli Kərimli ilə, Müsavat başqanı İsa Qəmbər də dəvət edilib. Hər iki partiya sədri Lorinin şərəfinə təşkil olunan ziyafətdə iştirak ediblər. Sonda Lorin ziyafət iştirakçılarının şərəfinə bir neçə mahnı ifa edərək onları əyləndirib.

Qeyd edək ki, İsveçi “Eurovision – 2012” yarışmasında təmsilçisi olan Lorin tədbirin açılış mərasimində qalmaqal yaratdığı deyilir. Məlumatlara görə, Lorin açılış mərasimindəki prosedurdan narazı qalıb.

O, sabah keçiriləcək “Eurovision” yarışmasının II yarımfinalında çıxış edəcək.

musavat.com