Müsavatdan qopmalar olacaq?

Qubad Ibadoğlu: «Bizim partiyadan getmək barədə düşünmək imkanımız da olmayıb»

Publika.az saytı Müsavat Partiyasındakı mənbəyə istinad edərək məlumat yayıb. Məlumatda deyilir ki, yaxında   partiyadan müəyyən qopmalar gözlənilir. Sayt yazır: “Uzun illər partiyada nüfuz qazanmış və təşkilatda başqandan sonra ikinci şəxs olmuş Vurğun Əyyubla Qubad Ibadoğlunun birləşməsi vəziyyəti gərginləşdirib.
Daha bir məqam Isa Qəmbərin başqanlığa Arif Hacılını layiq bilməsidir. Onun qurultay nümayəndələrinə təsir imkanı olan şəxslərdən Arif Hacılıya səs verməyi xahiş eləməsi partiyadaxili narazılığın yüksəlməsinə gətirib.ÿMəlumatlara görə, partiyada təsir imkanlarını itirdiyini görən narazılar çıxış yolunu Müsavatdan ayrılmaqda görür. Müsavat Partiyasının Divan üzvləri, hazırda Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan Vurğun Əyyubun və iqtisadçı Qubad Ibadoğlunun tərəfdarları ilə birgə partiyanı tərk edəcəkləri deyilir.ÿHadisələrin hazırkı gedişində qopma qərarının qurultaydan dərhal sonra elan olunacağını xəbər verən mənbə Müsavatı 2000-ci ildə AXCP-nin taleyini gözlədiyini bildirib”.
Qəzetimizə bu barədə açıqlama verən Q.Ibadoğlu məlumatın heç bir əsası olmadığını söylədi: “Bu barədə geniş danışmaq niyyətində deyiləm. Çünki buna heç bir əsas yoxdur. Partiyadan getmək barədə nəinki qərar vermişik, bu barədə heç fikirləşmək imkanımız da olmayıb. V.Əyyub Türkiyədədir, lakin mən Azərbaycandayam və mənimlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirməyiblər. Məlumat sadəcə olaraq, jurnalistlərin uydurmasıdır. Bizim Müsavat partiyasından getmək barədə heç bir qərarımız yoxdur”.

Nigar