«Human Right Watch» monitorinqin nəticəsini açıqlayıb
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı mayın 21-də Bakıda Ictimai Palatanın etiraz aksiyası zamanı monitorinq həyata keçirib. BBC sözügedən monitorinqin nəticələrini yayımlayıb.
Materialda vurğulanır ki, “Eurovision” musiqi yarışmasına ev sahibliyi edən Azərbaycanda hakimiyyət sərbəst toplaşma azadlığıyla bağlı yaxşı heç nə vəd etmir. “Human Rights Watch” bildirir ki, Bakıda növbəti dəfə polislər Ilham Əliyev hakimiyyətinə etiraz edən nümayişçilərə qarşı zorakılığa yol verib. Təşkilatın əməkdaşı Georgi Qoqia deyir ki, Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, yalan siqnal ötürür. “Azərbaycan hökuməti yarışmanın uğurlu keçməsi və bundan da öz imicinin yaxşılaşdırılması məqsədilə istifadə etmək üçün çox işlər görüb. Lakin polisin dinc etirazçılara qarşı zorakılığı bütün bunların üstünə kölgə saldı”, – deyə Qoqia bildirib.
Informasiya şöbəsi