Azərbaycanlı iş adamı Isgəndər Xəlilovin rəhbərlik etdiyi “ISR” Şirkətlər Qrupu Bodrumda yeni otel tikdirəcək. Bu haqda “modern.az” Türkiyə mətbuatına istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, “ISR” Şirkətlər Qrupunun vitse-prezidenti Zafer Tangil yeni otelin Azərbaycan vətəndaşları üçün də böyük bir fürsət olacağını deyib.
Qeyd edək ki, “ISR” Şirkətlər Qrupu daha əvvəl Türkiyənin Bodrum şəhərinin Türkbükü rayonunda 120 milyon dollara yenilədiyi turizm mərkəzini “Hilton Bodrum” olaraq istifadəyə verib. Türkiyə Böyük Millət Məclisinin bu il mayın 2-də qəbul etdiyi qanuna əsasən, xarici vətəndaşlar Türkiyə torpaqları üzərində mülk sahibi ola bilərlər.
Xatırladaq ki, “ISR” Şirkətlər Qrupu 1995-ci ildə tanınmış iş adamı Isgəndər Xəlilov tərəfindən qurulub. Şirkətin Azərbaycan, Isveçrə, Rusiya və Türkiyədə ofisləri var.