İran Bakını “ağır əvəz”lə hədələdi

İran Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasını son günlər Bakıda keçirlən anti-İran aksiyalarının təşklində ittiham edib. Modern.az bildirir ki, bu barədə qonşu ölkənin XİN-in yüksək rütbəli diplomatı İranın “Səhər” TV telekanalına bildirib.
XİN-dəki mənbə “Səhər” TV-yə bildirib ki, İsrail tərəfindən dəstəklənən bu aksiyalar zamanı  “dünya müsəlmanlarının Vəliyi- Fəqihinin müqəddəsliyinə hörmətsizlik edilib”.
Daha sonra hədə-qorxu tonuna keçən mənbə Səhər TV–yə bildirib ki, “Bakı anti-islam və anti-İran siyasəti üçün ağır əvəz ödəyəcək”.
Mayın 21-də həmçinin Qum şəhərində yaşayan, şiələrin mərceyi təqlidi hesab olunan ayətullah Sübhani “Eurovision”la bağlı mövqeyini açıqlayaraq, İran KİV-lərini Azərbaycana qarşı çıxmağa səsləyib.
Əhalisinin 70 faizdən çoxunu şiələr təşkil edən bir ölkədə bu müsabiqənin proqramı çərçivəsində homoseksualların paradının keçirməsinin də planlaşdırılırdığını iddia edən ayətullah  “ona görə də bütün medialar bu mövzuya qarşı çıxmalıdırlar” deyə vurğulayıb.