Radikal islamçı çağırışlar yayan dəstə tutuldu

Sumqayıtda “Eurovision-2012” əleyhinə disklər yayan və radikal İslamı təbliğ edən 10 nəfər ifşa olunub

Azərbaycanın Sumqayıt şəhərində dindarlara qarşı xüsusi əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərindəki “İslam” mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkar edilərək götürülüb.

Əməliyyat zamanı adıçəkilən mağazanın sahibi Əli Əliyev və “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə təbliğat aparan daha 10 nəfər tutulub.

Qeyd edək ki, Bakı və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və disklər yayılıb.

Disklərin İranda hazırlandığı ehtimal edilir.