İctimai Palata İTV qarşısına aksiya təyin etdi

İctimai Palata mayın 24-də saat 13:00-dan 14:00-dak İctimai Televiziyanın binası qarşısında piket keçirəcək.

İctimai Palatanın mətbuat mərkəzindən daxil olan xəbərə görə, qurum İctimai Televiziyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun fəaliyyət göstərməsini tələb edir. Piketdə “İctimai Televiziya hakimiyyətin yox, ictimaiyyətin televiziyası olmalıdır! ”, “Müxalifətə efir vaxtı ayrılsın!”, “İctimai Televiziya xalqa aiddir!”, “İctimai Televiziya YAP-in televiziyası olmamalıdır!” və digər şüarlar səsləndiriləcək. İctimai Palatanın Koordinasiya Şurası piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib.