İctimai Palata təmsilçiləri ATƏT rəhbəri ilə görüşdü

Xəbər verildiyi kimi, beynəlxalq birliyin təmsilçilərilə görüşlər keçirmək, müzakirələr aparmaq üçün İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən ibarət xüsusi tərkib yaradılıb. Bu tərkibə daxil olan Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlı mayın 21-də ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqayla görüşüb. Görüş zamanı sərbəst toplaşma azadlığı, söz və ifadə azadlığı və s. sahələrdə Azərbaycan hökumətinin ATƏT qarşısında götürdüyü öhdəliklərə nə dərəcə əməl olunub-olunmaması məsələsi, o cümlədən Azərbaycanda mitinq və yürüşlərə qoyulan qadağalar, siyasi məhbus problemi, siyasi fəallara qarşı repressiyalar kimi problemlər müzakirə mövzusu olub.
Müzakirələr nəticəsində tərəflər belə qərara gəliblər ki, hazırkı ictimai-siyasi durumun müsbətə doğru dəyişməsi üçün qarşılıqlı təmaslar bundan sonra da davam etdirilməlidir. ATƏT rəsmisi bu istiqamətdə təşəbbüslərini daha da artıracağını qeyd edib.

İnformasiya şöbəsi