Aksiyada iştirak edən AXCP-çi gənclər zorakılığa məruz qalıb

İctimai Palatanın 21 may aksiyası zamanı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Komitənin fəalları Xalid Qarayev, Nihad Cəbrayılov, Elvin Baycan, Səxavət Mehtiyev və Toğrul İbrahim sərt polis zorakılığına məruz qalıblar.

Təşkilatçılardan aldığımız xəbərə görə, aksiyada saxlanılan bu gənclər, xüsusən də Əbülfəz Qurbanlı Səbail Polis İdarəsində döyülüb. Qurbanlı və saxlanılanları İdarədən Qobustana apararkən yolda avtobusda da vurublar.

Digər gənclər isə aksiya zamanı və İdarədə zorakılığa məruz qalıblar. Onlardan bəzilərinin paltarları belə cırılıb.

azadliq.info