İtaliyada zəlzələ qurbanları artır

Bu gün İtaliyanın şimal şərqində, Emiliya-Romanya regionunda güclü zəlzələ olub. Yerli telekanalın verdiyi məlumata görə, ölənlərin sayı 7 nəfərə çatıb. Ölənlərdən dördü uçan keramika zavodunun qalıqları altında qalıblar. Həmçinin 59 yaşlı Neapol sakini, bir alman vətəndaşı və 103 yaşlı qadın həlak olub.

5,9 ballıq zəlzələ bu gün səhər Boloniya şəhəri yaxınlığında baş vermişdi. Güclü zəlzələ Boloniya, Moddena, Ferrara şəhərlərinə zədə vurub. Ən azı 50 nəfər yaralanıb.

azadliq.info