Pakistan dövləti Twitter sosial şəbəkəsinə qadağa qoyub. Saytın bağlanmasına əsas səbəb Məhəmməd peyğəmbərin karikaturaları haqqında informasiya olub. Pakistan sayt rəhbərləyindən karikatura konkursu haqqında məlumat verən səhifənin siliniməsini tələb edib. Sayt bu göstərişə əməl etməkdən imtina etdikdə, Pakistan müsəlmanların təhqir olunduğunu əsas gətirərək girişə blok qoyub.
Bənzər hadisə 2010-cu ildə olmuşdu. O zaman dini rəhbərlərin təhriki ilə Facebook sosial şəbəkəsinə iki həftə qadağa qoyulmuşdu.
azadliq.info


