Təhsil Nazirliyinin həbsdə olan şöbə müdirinin müavini Orxan Kərimovun vəziyyəti kritikdir. Redaksiyamıza daxil olan məlumata görə, mayın 14-də onu Mərkəzi Klinik Xəstəxanya angioqrafiya müayinəsindən keçiriblər və ürəyin tac karonar damarının tutulmasını müəyyən ediblər.
Orxan Kərimovun ürəyinin müayinəsi zamanı onun sol tac damarının 97 faiz tutulması müəyyən olunsa da və ona təxirəsalınmadan angioilastika əməliyyat olunması zəruri hesab edilsə də o dərhal xəstəxanadan təcridxanaya aparılıb. Yaranmış vəziyyəti mütəxəssislər kritik adlandırsalar da, Orxan Kərimov hələ də həbsdədir və müalicəsinə şərait yaradılmır.
Orxan Kərimovun vəziyyəti kritikdir
•