Hakimiyyət İctimai Palatanın aksiyasına qarşı təxribat hazırlayıb

İctimai Palatanın 21 mayda Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirəcəyi etiraz aksiyasına qarşı hakimiyyətin təxribat hazırladığı haqda xəbər alımışıq. Xəbərdə göstərilir ki, Prezident Administrasiyasında etiraz aksiyasının ən azı beynəlxalq səviyyədə işıqlandırılmasına mane olmaq üçün plan hazırlanıb. Plana əsasən mayın 21-də İP-in etiraz aksiyası başlayacağı vaxtda PA-da xarici jurnalistlər üçün mətbuat konfransı təşkil olunacaq. Mətbuat konfransını PA İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov keçirəcək. Bu barədə artıq Bakıda olan xarici jurnalistlərə məlumat verilib və dəvət göndərilib.
Xatırladaq ki, İctimai Palatanın etiraz aksiyası saat 13:00-da başlayacaq. Mətbuat konfransı da məhz saat 13:00-a elan edilib.

azadliq.info