ulduz fali

Günün ulduz falı (20.05.12)

QOÇ
Sizi çox çətin gün gözləyir. Bəzi “Qoç”lar yaxınları ilə dil tapa bilməyəcək. Maliyyə çətinliyi də istisna edilmir. Siz lazım olandan çox pul xərcləyirsiniz. Səfərə çıxan nümayəndələri yol yoldaşının ucbatından ciddi problemləri olacaq.
BUĞA
Uğurlu gündür. Əks cinsin nümayəndələrinin və yaxınlarınızın diqqət və qayğısı ilə əhatə olunmusunuz. Mədəni istirahət üçün ən əlverişli gündür. Sövdələşmələr aparmaq, kommersiya işlərilə məşğul olmaq üçün də münasib zamandır.
ƏKIZLƏR
Bu gün ulduzlar sizin tərəfinizdədirlər. Istənilən işin öhdəsindən asanlıqla gələcəksiniz. Bu gün  azyaşlılarla yaxşı dil tapacaqsınız. Alış-veriş də edə bilərsiniz. Ulduzların fikrincə, bu gün ilk baxışdan gərəksiz görünən əşyanı belə almağa dəyər, çünki o sizə lazım olacaq.
XƏRÇƏNG
Anlaşılmazlıq baş verməsinə baxmayaraq, gün pis keçməyəcək. Yaşlı nəslin nümayəndələrilə münasibət qurmaq üçün əlverişli gündür. Onlardan yaxşı məsləhətlər eşidə bilərsiniz. Bu gün qiymətli daş-qaş ala bilərsiniz. Şəhərdən kənar gəzinti yerinə düşər.
ŞIR
Bu gün asan olmayacaq, “Şir”lərin bəxti gətirməyəcək. Bürcün nümayəndələri bununla barışa bilmədiklərindən uğursuz nəticələnən eyni işə dəfələrlə qayıdacaqlar. Günün ikinci yarısında səhhətiniz korlana bilər. Ən çətini bu zaman kəsiyində neqativ xarici təsirlə baş apara bilməməyiniz olacaq.
 QIZ
Neytral gündür. Analiz və nəticələr çıxarmaq üçün münasib gündür. Qohumların müdaxiləsi sizi hövsələdən çıxara bilər, amma mübahisəyə şərait yaratmayacaqsınız. Maliyyə itkisi də gözlənilir. Axşam saatlarında zədələnmək təhlükəsi də var. Gün tıəmir işləri üçün əlverişli deyil.
TƏRƏZI
Yeni işin başlanğıcı baxımından əla gündür. Səfərə çıxmaq olar, yaxud da bunun üçün hazırlıq işlərinə başlaya bilərsiniz. Yola çıxmaq üçün lazım olanları alsanız yaxşı olar.  Yadda saxlayın ki, bu gün evdən nə qədər uzaq olsanız, təsadüfi əyləncəniz ehtiraslı romana çevrilə bilər.
ƏQRƏB
Istirahət üçün əla gündür. Maraqlı şəxslərlə ünsiyyətdə ola bilərsiniz. Yeni xoş tanışlıq da sizi gözləyir. Bu əlaqə həyatınıza rəhgarənglik qatacaq. Ehtimal ki, gözləmədiyiniz anda dəvət və ya hansısa təklif alacaqsınız. Yaxşı olar ki, bu gününzü təklikdə keçirəsiniz.
OXATAN
Dünənki ilə müqayisədə bu gün elə də çətin olmayacaq.  Uzaq səfərə çıxmaq məsləhət deyil. Ulduzlar qısa müddətli ekskursiyaların tərəfdarıdır.  Korlanmış əlaqələrin bərpası baxımından da münasib gündür. Bu gün darıxmayacaqsınız.
OĞLAQ
Çətin olacaq. Ən pisi isə odur ki, əhvalınız birdən-birə korlanacaq. Əhatənizdə olan yaxınlarınız da əbəs yerə sizin əhvalınızı qaldırmağa çalışacaq. Çünki siz bundan daha da əsəbləşəcəksiniz. Bu gün vaxtından tez təşvişə düşəcəksiniz. Sonradan inadkar olmamağınıza görə özünüzü qınayacaqsınız.
DOLÇA
Nə qədər nikbin olsanız, gün də bir o qədər uğurlu olar. Təəssüf ki, “Dolça”lar bu gün neqativ hisslərin əsiri olacaqlar. Günün ortaları ən çətin anlar, həyəcan dolu narahatlıqlar zamanıdır. Günün ikinci yarısında sizi sakitləşdirə biləcək bir işlə məşğul olmağınız tövsiyə olunur.
BALIQLAR
Həftənin ən sakit günlərindən biridir. Həyəcan və təlaş üçün əsas yoxdur. Ehtimal ki, gəliriniz olacaq. Yeni tanışlıq üçün günün birinci yarısı münasibdirsə, günün ikinci yarısı  yaxınlarla, ailə üzvlərilə ünsiyyətdə olmaq üçün yararlıdır.