Şeyxin rəqibləri hərəkətə keçib

{jcomments off}İranın dini liderinin təhqirini QMI sədrinin adına bağlamaq istəyirlər

Iki gün əvvəl Iran səfirliyi mayın 11-də Bakıda bu ölkənin əleyhinə keçirilən aksiyaya hədələyici bəyanatla cavab verdi. Məlumat üçün deyək ki, həmin aksiyada Iranın dini lideri Seyid Əli Xameneyi təhqir olunmuşdu. Iran səfirliyinin bəyanatının sərt olması da məhz bu faktla bağlı idi. Bəyanatda Qafqaz Müsəlmanları Idarəsi (QMI) də hədəfə alınmışdı. “Çox təəssüfləndirici məqamlardan biri də bundan ibarətdir ki, Qafqaz Müsəlmanları darəsinin bəzi yolunu azmış amilləri və ünsürləri ”gey-parad”ın keçirilməsinə ciddi və əməli etirazlarını bildirmək əvəzinə islamın və şiə aləminin simvoluna təhqirlərlə müşayiət olunan tədbirə qatılırlar”,- deyə bəyanatda vurğulanırdı.
QMI-nin Iran səfirliyinin bəyanatına cavabı gecikmədi. Həmin cavabda bildirilirdi ki, QMI “gey-paradı” dəstəkləmir və ümumiyyətlə belə bir tədbirin Bakıda keçirələcəyi gözlənmir. Həmçinin QMI din xadimləri ilə yanaşı dövlət xadimlərinin də  təhqir olunmasını yolverilməz sayır. Bununla QMI Təbrizdə Ilham Əliyevin, Bakıda isə Xameneyinin təhqir oulnmasına qarşı olduqlarını açıq şəkildə ifadə edib. Lakin deyəsən QMI-nin bu sayaq mövqe sərgiləməsi kimlərisə qane etməyib. Dünənki mətbuatda Iran səfirliyinin qarşısında məlum aksiyanın guya QMI sədri Allahşükür Paşazadənin xeyir-duası ilə keçirilməsi barədə məlumat yayılıb. Məlumatda iddia edilir ki, aksiyadan əvvəl QMI sədri dindarlarla iclas keçirib. Həmin iclasda Iranın əleyhinə bəyanatlar səsləndirən Şeyx onlara bu ölkənin Bakıdakı səfirliyinin qarşısında aksiya keçirməyi tapşırıb. Nəticədə məlum aksiya keçirib. Bu, Şeyxə qarşı kifayət qədər ciddi ittihamdır. Ona görə də məlumatla bağlı QMI-nin mövqeyini öyrənməyə çalışdır. Lakin səylərimiz nəticə vermədi. Bununla belə QMI-dəki adının çəkilməsini istəməyən mənbə məsələ ilə bağlı bəzi məqamları diqqətimizə çatdırdı. Mənbə məlumatın yanlış olduğunu deməklə yanaşı, bildirdi ki, bu xəbər məqsədli şəkildə dövriyyəyə buraxılıb. Mənbənin sözlərinə görə, həmin aksiyanın təşkilatçılarından biri axund olsa da, onun QMI-dən deyil, başqa bir qurumdan idarə olunduğu hər kəsə bəllidir. Bu aksiyaya QMI-nin heç bir aidiyyatı yoxdur. Mənbə məlumatın hansısa səbəbdən mətbuata ötürülməsi ilə bağlı versiyalarını da bizimlə bölüşdü: “Ola bilər ki, hakimiyyətdə kimlərsə Iranla gərginliyin dramatik hal almasında maraqlıdır. Bu baxımdan da mətbuata belə ara qızışdıran məlumat ötürüblər. Yaxud da, sadəcə Şeyxin hakimiyyətdəki rəqibləri onun Xameneyinin təhqir olunmasına qarşı çıxdığını həzm edə bilməyib belə məlumat yayıblar. Bununla da Şeyxi həm dindar çevrədə nüfuzdan salmağa, həm də zərbə altına qoymağa çalışıblar”.

Azad