abd-kongres

2013-cü il seçkiləri ABŞ-ın gündəmində

Azərbaycanda gələn prezident seçkisi Konqresin Helsinki Komissiyasında müzakirə olunacaq

ABŞ Konqresinin Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası (Helsinki Komissiyası) mayın 23-də “Qafqazda demokratikləşmə: Ermənistan, Azərbaycan və Gürcüstanda seçkilər” adlı dinləmələr keçirəcək.
Dinləmələrdə Karnegi Fondundan Tomas de Vaal, Freedom House-dan Kristofer Uolker, Avrasiya Fondundan Stiven Niks və
IFES təşkilatından Entoni Bouer çıxış edəcəklər. Debatlar regionun hər üç ölkəsində keçmiş seçkilər zamanı pozuntu və saxtalaşdırmalara aid olacaq.
Ekspertlər həmçinin 2013-də Azərbaycanda keçiriləcək seçkilərin perspektivlərini müzakirə edəcəklər (“Turan”).
Ekspertlər hesab edir ki, ilyarım əvvəldən Azərbaycanda keçiriləcək prezident seçkisinin gündəmə gətirilməsi kifayət qədər ciddi məqamlardan xəbər verir. Onların fikrincə, bu ABŞ-ın 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini ciddi diqqətdə saxlayacağını göstərir.