İTV qarşısında etiraza razılıq verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq və piketlər üçün müraciətinə cavab verib. Müsavat başqanının müavini Tofiq Yaqublunun musavat.com-a verdiyi məlumata görə, şəhər hökuməti mitinq üçün müraciətin gec olduğunu bildirib.

İctimai Televiziyanın qarşısında keçiriləcək piketə gəlincə isə BŞİH-dn bildirilib ki, həmin gün “Eurovosion” mahnı yarışmasının yarımfinal konserti keçiriləcək, ona görə də İTV-nin qarşısında hər hansı bir siyasi aksiya həmin beynəlxalq tədbirin pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirilə bilər.

Beləliklə, BŞİH İctimai Palatanın təşkil etmək istədiyi iki aksiyadan heç biri üçün yer ayırmayıb.

İcitmai Palata mayın 19-da mitinq, 20-də isə BŞİH qarşısında piket üçün müraciət etmişdi. Müraciətə mənfi cavab verildiyi üçün İP mayın 21-də BŞİH qarşısında piket keçirmək niyyətindədir.

***

Ictimai Palata Ictimai Televiziya və Radio Yayımları Şirkətinin (ITV) binası qarşısında etiraz aksiyası keçirmək üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edib.
Bunu APA-ya ictimai palatanın mitinq üzrə təşkilat komitəsinin üzvü, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. T.Yaqublu bildirib ki, aksiya mayın 24-də saat 13.00-da keçiriləcək. Onun sözlərinə görə, aksiyada Ictimai Televiziya kanalında müxalifət partiyalarının nümayəndələrinə efir vaxtının verilməsi, o cümlədən Ictimai Palatanın tədbirlərinin işıqlandırılması kimi tələblər irəli sürüləcək.