Timoşenko boykota qarşı çıxdı

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Avropa çempionatının boykot edilməsinə qarşı çıxıb. Bu haqda Avropa Parlamentinin vitse-prezidenti Yasek Protaseviç Polşa kanalında açıqlama verib. Avroparlamentin deputatı Xarkovdakı xəstəxanada müalicə alan siyasi məhbus Timoşenko ilə görüşə bilib.

Timoşenko hesab edir ki, idman tədbirinin, futbol matçlarının boykot olunması pis ideyadır. Lakin o rejimə qarşı siyasi boykotu dəstəkləyir. Protaseviç  Polşa siyasətçilərinə Ukraynaya gedəcəkləri təqdirdə müxalifət siyasətçiləri ilə görüşmələrini də təklif edib.

azadliq.info