İslam Kərimovun həbsi üçün Obamaya müraciət olundu

Özbək şairi və dissident Yusuf Cuma Barak Obamaya Özbəkistan prezidentinin həbs edilməsi xahişi ilə müraciət edib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, İslam Kərimovun həbs ediləcəyi halda Birləşmiş Ştatlara səfər edəcəyini deyib. Obamaya ünvanlanan müraciəti Cuma Çikaqoda NATO-un sammiti ərəfəsində səsləndirib. Həmin sammitə dəvətlilər arasında Özbəkistan prezidenti də olub.

Şair prezident Kərimovu ölkədə fərqli düşüncəli insanları təqib edilməsində və onları həbsxanalarda işgəncələrə məruz qalmasında günahlandırıb.

Hakimiyyət tərəfindən təzyiqə məruz qalanlar arasında antihökumət çıxışlarına görə bir neçə il həbsdə qalan şair Yusif Cumanın da oğlu var: “Çikaqonun şəhər polisindən və Federal Axtarış Bürosundan mən və oğlanlarımı məruz qoyduğu təzyiqlərə görə İslam Kərimovu həbs etməyinizi xahiş edirəm”.

Məlum olub ki, şairin Amerika hökumətinə müraciətindən sonra Kərimov ABŞ-a getməkdən imtina edib.

Qeyd edək ki, Yusuf Cuma 2008-ci ildə Kərimovun istefasını tələb edən aksiya keçirdikdən sonra həbs olunub. Onu guya polisə hücum etməkdə ittiham etdilər. Ailə üzvləri isə axtarışa verildi, bəziləri isə həbs olundu. Ailəyə məsus olan fermer təsərrüfatı isə müsadirə edildi.