İran sanksiyaların ləğvini istəyir

İran nüvə proqramı ilə bağlı ona tətbiq edilən beynəlxalq sanksiyaların ləğvini istəyir. İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst bəyan edib ki, İran və 6 dünya dövlətinin Bağdadda keçirəcəyi görüşdə sanksiyaların ləğvi nəzərdən keçirilməlidir. İran diplomatının sözlərinə görə, ancaq bu İranla danışıqlar aparacaq ölkələrin məqsədlərinin ciddiliyindən xəbər verə bilər.

23 mayda Bağdadda danışıqlar başlamalıdır. Dialoqun əsas tərəfləri BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya olacaq.

azadliq.info