Olimpiada məşəli oğurlandı

Yunan mətbuat Helsinki Olimpiada oyunlarında istifadə olunan və 300 min avro dəyəri olan məşəlin oğurlandığını bildirir. Yunanıstan Olimpiada Komitəsi məlumatı təsdiqləyib.

1952-ci ildə Helsinkidə keçirilən olimpiada oyunları üçün 22 məşəl hazırlanmışdı. Məşəllərin başlığı 600 qram gümüşdən ibarət idi. Oyunlar qurtardıqdan sonra məşəllərdən ikisi Olimpiada muzeyinə verilmişdi. 2011-ci ildə satışa çıxarılan məşəllərdən biri 300 min avroya satın alınmışdı.

Yunanıstanda yerləşən məhşur Olimpia muzeyindən ümumilikdə 60-70 tarixi əsərin oğurlandığı bildirilir.

azadliq.info