Vəkil sabiq deputata sərt cavab verdi

Aslan İsmayılov Mətləb Mütəllimlini mandat naminə saxta rəy imzalamaqda ittiham etdi

Sabiq deputat Mətləb Mütəllimli tanınmış vəkil Aslan İsmayılovun Gəncə hadisələri ilə bağlı “Azadlıq”a verdiyi müsahibəsinə cavab yazısı yazıb. Həmin yazı qəzetimizin ötən sayında dərc olunub. Gəncə hadisələri ilə bağlı yaradılmış deputat istintaq komissiyasının rəhbəri olmuş Mətləb Mütəllimli komissiyanın üzvü olmuş Aslan İsmayılovu bəzi faktları təhrif etməkdə suçlayıb. Mətləb Mütəllimli bildirib ki, Aslan İsmayılov Gəncə hadisələrində yalnız özünün həqiqəti axtarması barədə söylədikləri özünəvurğunluqdan başqa bir şey deyil.
Aslan Ismayılov Mətləb Mütəllimlinin ittihamlarını cavablandırıb. O qəzetimizə açıqlamasında bu barədə qısaca olaraq deyib: “Bir mandat naminə saxta rəy imzalayan birisinin cəfəng cızmaqarasına cavab vermək niyyətim yoxdur. Çünki bununla ona böyük şərəf vermiş olaram. Bir halı heç cür anlaya bilmirəm: Bu şəxs ən böyük elmi işində dəfələrlə məni aşağılamağa cəhd edib. Bununla belə israrlı xahişlərinə baxmayaraq heç bir tədbirinə qatılmadığım halda, mənə dönə-dönə ”Sizin kimi tanınmış hüquqşünası sıramızda görsək şərəf duyardıq” deyə müraciət edirdi”.

azadliq.info