Oland Obamaya kosmetika bağışlayacaq

Fransanın yeni seçilmiş prezidenti Fransua Oland və xanımı Valeri Trierveyler G8 sammitində Mişel Obama ilə də görüşəcək.  “Montagne” qəzeti yazır ki, ABŞ-ın birinci ledisinə Ollandın siyasi karyerasını başladığı əyalətdən olan ustaların əl işi bağışlanacaq. Mişel Obamaya məhşur parfümeriya reseptləri ilə məhşur olan “Sothys” markalı kosmetika dəsti veriləcək.

Xanım Obamanı şirnikləndirməmək üçün Parijin dəbdəbəli məhsullarını deyil, əyalət ustalarının əl işini hədiyyə etmək Ollandın arvadının təklifi olub. Dövlət başçıları və onların cütlükləri arasındakı görüş 18-19 mayda ABŞ prezidentinin Kemp-Deviddəki iqamətgahında baş tutacaq.

azadliq.info