Hadisə yerinə 10-dan çox yanğınsöndürən texnika cəlb edilib
Mayın 18-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində güclü yanğın hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Qara Qarayev prospektində yerləşən “Ruslan 93” marketdə güclü yanğın başlayıb. Hadisə yerinə Nizami rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə yanaşı Nərimanov və Sabunçu rayonlarının da 10-dan çox texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın çox güclü olduğundan yanğınsöndürənlər alovu ram etməkdə çətinlik çəkib.
“Ruslan 93” marketi demək olar ki, tamamilə yanaraq kül olub. Nizami rayon Polis İdarəsindən Lent.az-a bildiriblər ki, hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.


