Meriya İctimai Palataya yenə “yox” dedi; piket olacaq

Bakı Şəhər İcra Hakimiyyəti müxalif İctimai Palatanın mitinq və piket müraciətlərinə cavab verib. İctimai Palata  mayın 19-da “Dərnəgül” metro stansiyasının qarşısında mitinq, mayın 20-də isə Bakı Şəhər İcra Hakimiyyətinin binası önündə piket keçirmək istəyi ilə meriyaya üz tutmuşdu.

Müsavat başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı “Media forum” saytına açıqlamasında deyib ki, paytaxt meriyası mitinqin mayın 19-da 20-ci yaşayış sahəsində, sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edilib, 20 may piketini isə sanksiyalaşdırmayıb: “20-ci sahədə mitinq keçirmək fikrimiz yoxdur, piketi isə keçirəcəyik”.