Makkeyn: “Suriya məsələsi tariximizin utancverici səhnəsidir”

ABŞ senatoru Con Makkeyn Amerikanın xarici siyasətilə bağlı “Le Figaro” qəzətinə müsahibə verib. O, Obama hakimiyyətinin Bəşər Əsəd rejiminə qarşı təsirsiz qalmaqda ittiham edib.

Suriya mövzusu  NATO-nun Çikaqo sammitinin gündəminə niyə salınmayıb? sualına Makkeyn: “Bütün bunlar çox üzücüdür. Suriyada 10 min dinc sakin Bəşər Əsəd rejiminə verilən rus silahı və İran silahlıları tərəfindən öldürülüb. ABŞ isə onlara kömək etməkdən imtina edir! Bəzi körfəz ölkələri müxaliflərə silah köməyi edir. Ancaq vəziyyət amerikan liderliyi tələb edir. Biz təhlükəsiz zona yarada, silah verə bilərdik. Amma Amerika bunu istəmir. Bu tariximizdə utancverici səhnədir. Obamanın “pərdəarxası liderliyi” ondan xəbər verir ki, o, ABŞ-ın gücünə inanmır” – deyib.

Putinin “böyük səkkizlik”in sammitinə gəlməkdən imtina etməsinə münasibət bildirən Makkeyn Putinin özünü qəribə apardığını deyib. “Biz “perezaqruzka” düyməsinə basdıq, o, isə hələ də raket hücumundan müdafiə sistemi ideyası üzərində vurnuxur”.

azadliq.info