İlham Əliyevdən Filipp Kirkorova bahalı hədiyyə

Müğənniyə brilyantlarla bəzədilmiş milyon dollarlıq saat bağışlanıb

Rus estradasının ulduzlarından Filipp Kirkorov 45 yaşını qeyd edib. “Komsomolskaya pravda”nın yaydığı məlumata görə, Kreml sarayının səhnəsində keçirilən yubiley-şouda Rusiyanın ən zəngin adamları və məşhurlar iştirak ediblər. Qonaqlar arasında Kirkorovun keçmiş həyat yoldaşı Alla Puqaçova, Janna Friske, Alsu kimi məşhurlar, həmçinin Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da olub.
Təxminən 500 adamın iştirak etdiyi şouda yubiley sahibinə verilən hədiyyələr də maraqlı olub. Əksər hədiyyələr pul şəklində edilsə də, ekstravaqant hədiyyələr də az olmayıb. Alla Puqaçovanın bacısı Kirkorova onun iki metr hündürlüyündə portretini, biznesmen Aleksandr Karmanov brilyantlarla bəzədilmiş milyon dollarlıq saat bağışlayıb. Başqa bir iş adamı Mixail Kusniroviç isə London Olimpiadasına bilet və ən yaxşı otellərdən birində prezident nömrəsində istirahət hədiyyə edib. Azərbaycanın dövlət başçısı Ilham Əliyev də Filipp Kirkorovu yaddan çıxarmayıb. O, Kirkorova bahalı ipək xalça bağışlayıb. Təbrik edənlər arasında Ilham Əliyev yeganə dövlət başçısı olsa da, Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ona 70 kiloqram ağırlığında şərq şirniyyatları ilə dolu səbət göndərib.
Xatırladaq ki, Kirkorov “Eurovision” musiqi yarışmasıyla əlaqədar Bakıya dəvət olunub. O, yarışmanın keçiriləcəyi “Crystal Hall”ın yaxınlığındakı “EuroClub”da konser proqramı ilə çıxış edəcək.

azadliq.info