Müxtəlif provayderlərdən qəzetin saytına girmək mümkün olmur
«Azadlıq» qəzetinin saytına daxil olmaq istəyənlər yenə problemlərlə üzləşir. Lakin bu dəfə problem bir qədər fərqlidir. Belə ki, müxtəlif provaylerlərin istifadəçiləri ayrı-ayrı vaxtlarda «Azadlıq» qəzetinin saytına daxil olmaqda çətinlik çəkir. Maraqlı məqam isə ondan ibarətdir ki, eyni vaxtda bir provayderdən sayta giriş tamamilə məhdudlaşmır. Bu məhdudiyyət istifadəçilərin bir hissəsinə aiddir. Əksər provayderlərdə vəziyyət eynidir. Bunun nə ilə bağlı olduğunu izah etməsi üçün ekspert kimi Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzə müraciət etdik.
O.Gnüdüz bunun ilk növbədə ölkə daxilindəki provayderlərdəki problemlərlə bağlı ola biləcəyini dedi. Çünki əgər sayta giriş üçün blok internet paylayan Delta Telekom və Azərtelekom tərəfindən qoyulsaydı, onda heç bir provayderdən «Azadlıq»ın saytına daxil olmaq mümkün olmazdı. Bununla yanaşı ekspert sayta müxtəlif vaxtlarda girişə qadağanın qoylumasını texniki cəhətdən mümkün hesab edir.
Fizzə