“Eurovision”a gələn xarici jurnalistin çənəsini sındırdılar

Belçika televiziyasının əməkdaşı Bakıda qaldığı otelin qarşıında döyüldü

Avropan ən nüfuzlu musiqi yarışmasının Bakı finalını işıqlandırmaq üçün ölkəmizə gələn xarici jurnalistlərdən biri paytaxtımızda döyülüb. “Eurovision”la bağlı Azərbaycana gələn Belçikanın “VRT” teleziyasının əməkdaşı Baklıda qaldığı otelin qarşısında taksi sürücüsünün hücumuna məruz qalıb. Bu barədə “www.hln.be” saytı məlumat yayıb.
Saytın xəbərində deyilir ki, belçikalı jurnalist Bakıda qaldığı otelin qarşısında taksi sürücülərindən biri tərəfindən dğyülüb. Hadisə nəticəsində jurnalistin çənəsi sınıb. Bakıdakı xəstəxanalardan birində ilkin tibbi yardım alan media təmsilçisi dərhal öz ölkəsinə yola salınıb.

azadliq.az