Buş avtoritar rejimlərə qarşı mübarizə haqda danışdı

ABŞ-ın keçmiş prezidenti Corc Buş Yaxın Şərqdə və başqa yerlərdə avtoritar idarəçiliyə qarşı çıxanları alqışlayıb. O, bu növ rejimlərin yıxılmasından sonra üzləşiləcək qeyri-müəyyənlikdən qorxmamağa çağırıb. Ağ evin keçmiş rəhbəri bildirib ki, Yaxın Şərqdə baş qaldıran “Ərəb baharı” kommunizmin süqutundan bəri avtoritar idarəçiliyə ən böyük sınaqdır. Buş ABŞ-ın dünyanın hər yerində demokratik islahatları dəstəkləməli olduğunu söyləyib.

azadliq.az