Karles Puyolun ardından “Barselona” klubunun daha bir müdafiəçisi ciddi zədə alıb.
Qol.Az-ın məlumatına görə, komandanın son məşqlərindən birində zədə alan Dani Alves əməliyyat olunacaq. Braziliyalı futbolçunun bu səbəbdən ən azı 8 həftə futboldan kənarda qalacağı bildirilir.
Bu isə o deməkdir ki, Alves mayın 26-da “Atletik”ə qarşı keçiriləcək İspaniya kubokunun finalını buraxmalı olacaq