Avropa Parlamentinin deputatları Azərbaycanda insan haqları və demokratiya mövzusuna həsr olunmuş debatlar keçirəcəklər.
APA-nın məlumatına görə, debatlar Avropa Parlamentinin mayın 21-24-də Strasburqda keçiriləcək növbəti plenar sessiyası çərçivəsində baş tutacaq. Debatların sessiyanın sonuncu günü keçirilməsi nəzərdə tutulur. Bundan başqa deputatlar Venesuelada durum, Şimali Koreyadan olan qaçqınların vəziyyəti barədə də fikir mübadiləsi aparacaqlar. Debatların yekununda qətnamə qəbul olunması gözlənilir.


