ulduz fali

Günün ulduz falı (16.05.12)

QOÇ
Sizin üçün bu gün uğurludur. Ümumiyyətlə, günün nəticələri sizin əməksevərliyinizdən asılıdır. Əhvalınız yaxşı olacaq. Hətta günorta vaxtı yaşanacaq xırda çətinliklər də əhvalınızı korlamayacaq.
BUĞA
Ehtimal ki, yeni tanışlığa imza atacaqsınız. Bu əlaqənin istər işgüzar, istərsə də şəxsi müstəvidə sizə faydası dəyəcək. Bundan əlavə, gəliriniz də olacaq. Alış-veriş baxımından da xoş gündür.
ƏKIZLƏR
Çətin gündür, ulduzların dəstəyinə ümid etməyin. Ehtimal ki, problem işgüzar müstəvidə özünü göstərəcək. Bəzi “Əkizlər”in müdiriyyətlə aralarında ciddi fikir ayrılığı olacaq. Bürcün  həssas nümayəndələri işi tərk etmək fikrinə düşəcək, bəziləri isə sadəcə, yeni mərhələdən işə başlamaq qərarını verəcəklər.
XƏRÇƏNG
Sizi çətin gün gözləyir. Yalnız ehtiyatlı “Xərçəng”lər bu gün ciddi maliyyə böhranından çıxa biləcəklər. Günün emosional mənzərəsi sabit olmayacaq, bürcün nümayəndələrinin əhvalı dəyişkən xarakter alacaq. Bu gün yalnız sizi qəlbən sevənlər sizinlə dil tapa biləcəklər.
ŞIR
Neytral gündür. Tələskənliyə yol verməyin, bir balaca tələssəniz, hər bir işinizə ciddi xələl gətirə bilərsiniz. Günün maliyyə mənzərəsi də yaxşı olacaq və pul əldə edəcəyiniz gözlənilir. Səhər tezdən kökləndiyiniz yaxşı əhval-ruhiyyə axşama qədər sizi tərk etməyəcək.
QIZ
Çox yaxşı gündür. Qarşınızda yeniliklər açılacaq və onlardan bəhrələnmək imkanınız olacaq. Bir sözlə, vaxt itirmədən istədiyinizi ala biləcəksiniz. Günün ortalarında sizi xoş sürpriz gözləyir.
TƏRƏZI
Bu gün “Tərəzi”lər özləri üçün yeniliklər kəşf edəcəklər. Əldə etdiyiniz informasiyanı istifadə etməkdən çəkinməyin, hətta o, sizə şübhəli görünsə də. Günün sonlarında işgüzar müstəvidə yaxşılığa doğru inkişaf gözlənilir.
ƏQRƏB
Ulduzlar bu gün yaxşı tanıdığınız adamlarla təmasda olmağı məsləhət görür. Şübhəli, başabəla adamlardan isə uzaq dursanız, faydasını görərsiniz. Işgüzar müstəvidə təklif alacaqsınız. Bacaracağınıza şübhə etsəniz belə, təklifi qəbul edin. Heç kimə hisslərinizlə oynamağa imkan verməyin, fitnələrə uymayın.
OXATAN
Gün ciddi problemlər gətirəcək. Kifayət qədər mübahisələr yaşayacaqsınız. Kimin doğru, kimin yanlış olduğunu aydınlaşdırmaq çətin olacaq. Qohumlar və dostlarla da aranızda münaqişə yaşanacağı ehtimal olunur. Hələ ki, olanları zarafata salmaq şansınız var.
OĞLAQ
Tez və keyfiyyəli iş bacarmaq qabiliyyətiniz rəhbərliyin diqqətindən kənarda qalmayacaq. Bu gün yeni müttəfiqlərlə aranızda iş birliyinin təməli qoyulacaq. Gün, romantik macəra, qeyri-adi məkanda görüş üçün əlverişlidir.
DOLÇA
Çətin problemləri həll etməli olacaqsınız. Həmkarlarla aranızda ciddi münaqişə, rəhbərliklə isə mübahisə yaşayacaqsınız. Bu da karyeranıza mənfi təsir göstərəcək. Yaxşı olar ki, qənaətcil olasınız. Günün ikinci yarısında səhhətinizdə dəyişiklik nəzərə çarpacaq.
BALIQLAR
Planlar qura bilərsiniz, ulduzlar buna etiraz etmir. Bugünki gözlənilməz görüş xoş təsir bağışlayacaq. Bu günə təyin edilmiş istirahət də yaxşı keçəcək. Şəxsi müstəvidə isə vəziyyət başqa cür olacaq. Təəssüf ki, ümid etdiyiniz köməyi ala bilməyəcəksiniz.