İctimai Palata ilə Ziyalılar Forumu birgə bəyanat verdi

İctimai Palata və Ziyalılar Forumu Azərbaycanda siyasi məhbuslar və vicdan məhbusları məsələsi ilə bağlı birgə bəyanat verib. İctimai Palata mətbuat mərkəzinin yaydığı bəyanatda deyilir:

“Yaxın günlərdə Azərbaycanda beynəlxalq əhəmiyyətli mötəbər mədəniyyət tədbiri – “Eurovision” mahnı yarışması keçiriləcəkdir. Bununla əlaqədar Azərbaycanda çağdaş siyasi mədəniyyət dəyərləri ilə bir araya sığmayan halın mövcudluğuna  siyasi məhbus probleminə diqqəti cəlb edirik. Hazırda BMT və Avropa Şurasında insan hüquq müdafiəsi sahəsində ekspert kimi tanınmış hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbusu kimi tanınmış onlarla Azərbaycan vətəndaşı  həbsxanalarda əziyyət çəkir.
Ziyalılar Forumu və İctimai Palata sivilizasiyalı cəmiyyətlər üçün dözülməz olan vicdan və siyasi məhbuslar probleminin birdəfəlik həllini zəruri sayır və bundan çıxış edərək bəyan edir ki, “Eurovision” mahnı yarışması başlanana qədər Azərbaycandakı bütün vicdan və siyasi məhbuslar azadlığa buraxılmalıdır”.