Bakıda güclü yanğın (FOTOLAR)

Mayın 15-də Bakı şəhərinin Xətai rayonu ərazisində yanğın hadisəsi olub. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, saat 19.00 radələrində Köhnə Günəşli qəsəbəsində avtomobil qalıqlarının yığıldığı zibillik ərazisində yanğın olub. Yanğın 2 saatadək davam edib.

Avtomobillərin plastik və boyalı hissələrinin yanması nəticəsində yaranmış qara tüstü böyük ərazini əhatə edib.

Xətai rayon Polis İdarəsindən bildiriblər ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının qəsdən, metal toplayan şəxslər tərəfindən törədildiyi bildirilir.