Koray Tarqay: «Insanın qidadan imtina etməsi ciddi bir probleminin olması deməkdir»
«ATƏT hökumətin aksiyaya münasibətini yaxından izləyəcək»
“Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərin necə yerinə yetirilməsi qanunun icrası zamanı bəlli olacaq. Amma ümumilikdə dəyişikliklər müsbət haldır”,- ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Turan-a müsahibəsində bildirib. Onun fikrincə, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı qanuna edilən əlavə də müsbətdir. “Maliyyə ayırmalarının necə olacağı isə seçkilərdən sonra bəlli olacaq”, – o qeyd edib.
Vicdan məhbuslarının aclıq aksiyasına başlaması ilə bağlı səfir Tarqay deyib ki, ATƏT hökumətin aclıq aksiyasına münasibətini yaxından izləyəcək:”Təbii ki, insanın aclıq etməsi hər bir insana vicdan əzabı verir. Istərdik ki, problem həllini tapsın, aclıq aksiyasına da ehtiyac olmasın”. O ümid edir ki, müsbət dəyişikliklər ola bilər: “Hər halda gözləyək. Insanın qidadan imtina etməsi ciddi bir probleminin olması deməkdir. Ümid edirəm ki, aclıq aksiyası qısa zamanda başa çatdırılacaq”. Səfir deyib ki, ATƏT-in Bakı ofisi ölkədə toplaşmaq azadlığını necə yerinə yetirilməsini çox diqqətlə izləyir.


