“Eurovision” avtomobilinə bayrağımız tərs vuruldu

Azərbaycan bayrağına qarşı növbəti hörmətsizlik edilib. Bu dəfə paytaxt Bakıda “Evrovizion” öncəsi xarici ölkə vətəndaşlarına xidmət edəcək yeni avtomobillərdə vurulan bayrağın rənglərinin yeri səhv salınıb. Facebook sosial şəbəkəsində yayılan fotoda avtomobilə vurulan bayraqda Azərbaycan bayrağının tərs əks olunduğunun şahidi olmaq olar (“Qafqazinfo”).

Fotonu AXCP sədrinin müavini Gözəl Bayramlı lentə alaraq Facebook-da paylaşıb.