Liderlər 14 may piketinə qiymət verdi

“Aksiyası baş tutdu”

İctimai Palatanın mayın 14-də Bakının mərkəzində keçirdiyi aksiya izdihamlığı ilə yanaşı, polis zorakılığı ilə də yadda qaldı. İctimai Palata rəhbərliyindən aksiyanın nəticələrini necə qiymətləndirdiklərini soruşduq.

Əli Kərimli: «Aksiyalar davamlı keçiriləcək»

AXCP sədri Əli Kərimli bildirdi ki, İP-nin aksyasında yüzlərlə iştirakçı «Azadlıq», «İstefa» şüarlarını şəhərin mərkəzində səsləndirdilər. «İctimai Palatanın aksiyası baş tutdu və yüzlərlə insan hökumətin hətta şəhərin ucqarlarında eşitmək istəmədiyi «Azadlıq», «İstefa» şüarlarını şəhərin mərkəzində eşitmək məcburiyyətində qaldı. Görünür, ona görə əsəbləri dözməyib və bu dəfə aksiya iştirakçılarına qarşı daha sərt rəftar ediblər. «Eurovision»a bir neçə gün qalmış öz əsl sifətlərini həm Azərbaycan xalqına, həm bütün dünyaya xatırldaıblar. Xüsusilə, Gözəl Bayramlı başda olmaqla qadınlara qarşı çox qəddar rəftar ediblər. Öz mədəniyyətsizliklərini növbəti dəfə nümayiş etdiriblər. Eyni zamanda olduqca çoxlu sayda nümayişçilərə, AXCP funksionerlərinə, hətta siyasi məhbus atası Arzuman Məcidliyə, müşafirim Şakir Abbasova, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya qarşı zor tətbiq ediblər, onları döyüblər. Xeyli sayda insanı həbs edib apardıqdan sonra onların bir qismini şəhərdə buraxsalar da, yerdə qalanları Qobustana apararaq dağın başında azad ediblər», – deyə AXCP sədri bildirdi.
Ə.Kərimlinin fikrincə, bununla hakimiyyət növbəti dəfə öz səviyyələrini, anti-insani rəftarlarını nümayiş etdirib: “Bu hakimiyyət başa düşmür ki, əgər illərlə məhbəs həyatı Azərbaycanın demokratiya uğrunda mübarizə aparan insanlarını, cəbhəçiləri, müsavatçıları mübarizədən yayındıra bilmirsə, mitinqlərdə tətbiq etdikləri zorakılıq və zoran Qobustana  səyahətin təşkili onları mübarizəsindən çəkindirə bilməz”.
Ə.Kərimli bildirdi ki, Azərbaycanın demokratik qüvvələri növbəti dəfə öz hüquqları uğrunda mübarizə aparmağa qərarlı olduqlarını nümayiş etdirdilər. Hakimiyyətin nə qədər sərt rəftar etməsindən asılı olmayaraq bu mübarizə davamlı olacaq. Müxtəlif taktiki manevrlərdən istifadə etməklə rəngarəng etiraz aksiyaları davamlı olaraq keçiriləcək. Bu aksiyalara qarşı sərt təpki göstərməklə Azərbaycan hakimiyyəti özünü daha da ifşa etmiş olacaq.

İsa Qəmbər: «Kifayət qədər uğurlu aksiya olub»

Müsavat başqanı İsa Qəmbər bildirdi ki, İP-nın şəhərin mərkəzində keçirdiyi aksiya kifayyət qədər təsirli alındı. Yüzlərlə insanın aksiyaya dəstək verdiyini deyən İ.Qəmbər vurğuladı ki, bu dəfə polis daha çoxsaylı olub və aqressiv davranıb. Onun sözlərinə görə, bunun nəticəsi olaraq aksiya yalnız Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında deyil, şəhərin mərkəzinə yayılıb: «Şəhərin müxtəlif küçə və meydanlarında İctimai Palatanın şüarları səsləndirildi, piketin qətnaməsi oxundu və media nümayəndələrinə təqdim olundu. İctimai Palatanın üzvləri aksiyada çox fədəkarlıqla iştirak etdilər. Bu baxımdan hesab edirəm ki, kifayət qədər uğurlu aksiya olub».

Xəyal