Ictimai Palata mayın 19-da mitinq, mayın 20-də isə piket keçirmək barədə qərar qəbul edib. Ictimai Palatanın Mitinq Komitəsi mayın 19-da saat 16.00-dan 18.00-a qədər Binəqədi rayonu 7-ci mikrorayonda keçmiş “Inqilab” kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə “Dərnəgül” metro stansiyasının qarşısında yürüş-mitinq, mayın 20-də isə Bakı Icra Hakimiyyətinin binası önündə piket keçirməklə bağlı qərar qəbul edib.
Müraciət dünən şəhər meriyasına göndərilib.