İcra başçısı generalın radarını aşırtdı

Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun göstərişi ilə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) tərəfindən yol kənarında quraşdırılan radar aşırılıb. Bu barədə məlumatı Modern.az-a rayon sakinləri verib. Onların sözlərinə görə, yolun genişləndirilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən icra başçısı müvvəqqəti olaraq, radarın yığışdırılmasını tələb edib. Ancaq onun bu müraciətinə BDYPİ-dən cavab gəlmədiyindən, icra başçısının göstərişi ilə yolun kənarındakı radarı aşırıblar ki, bəlkə dərhal müvafiq tədbir görülsün.