Rusiyanın hakim partiyası “Vahid Rusiya”-nın deputatları müxalifətçiləri cəzalandırmağı tələb edir. 6 mayda keçirilən “Milyonların marşı” mitinqinin təşkilatçılarının cinayət məsuliyyətinə cəlb edilməsini istəyirlər. 14 mayda cəzaları sərtləşdirən qanun layihəsi Dumaya təklif edilib. İqtidar partiyasının deputatları polisə qarşı zorakılığa yol verənlərin hərəkətində cinayət əməlinin olduğunu iddia edir.
Parlamentdə təmsil olunan KPRF və “Ədalətli Rusiya” partiyalarının nümayəndələri polisin vətəndaşlarının hüququnu pozduğunu deyirlər. “Vahid Rusiya” partiyasının mitinqlər haqqında qanun etdiyi dəyişikliklərdə qaydaları pozanlar 1,5 milyon rubl cərimə və məcburi islah əmək işləri cəzalandırılacaq.
azadliq.info


